“Qol vurmağa davam edəcəm, komandama uğur qazanmaqda yardımçı olacam"
İdman
“Rekordlara imza atmaq həmişə xoşdur”.
News24.az xəbər verir ki, bunu "Sabah”ın legioneri Velko Simiç deyib.
31 yaşlı serbiyalı yarımmüdafiəçi Çempionlar Liqasında ardıcıl 5 matçda qol vurmaqla rekorda imza atmasına münasibət bildirib:
"Düzü, oyundan öncə bu barədə düşünməmişdim. Əsas məqsədim yüksək səviyyədə çıxış edərək komandaya müsbət nəticələr qazanmaqda kömək olmaqdır.
Azərbaycanda Çempionlar Liqasının ardıcıl 5 matçında qol vuran ilk futbolçu olduğumu bilmək xoşdur. Rekordlara imza atmaq həmişə xoşdur.
Ümid edirəm ki, qol vurmağa davam edəcəyəm və komandama uğur qazanmaqda yardımçı olacağam".