Quliyev "Şamaxı" yolunda
İdman
"Səbail" klubunun qapıçısı Hüseynəli Quliyev "Şamaxı"ya keçə bilər.
News24.azın əldə etdiyi məlumata görə, bölgə klubu 25 yaşlı qapıçı ilə maraqlanır.
Tərəflər razılığa gəlsə keçid yanvar ayında baş tuta bilər.
Qeyd edək ki, Quliyev bu mövsüm "Dənizçilər"in heyətində 18 oyun keçirib, qapısında 30 qol görüb.
Ağa Dadaşzadə