Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi
İdman
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdama səfər edib.
News24.az xəbər verir ki, Q.Qurbanov səfər çərçivəsində Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib.
Baş məşqçi “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın məzarı üzərinə qoyub.
Qeyd edək ki, “Qarabağ” klubunun heyətinin 2025-ci ilin mayında Ağdama səfəri zamanı Allahverdi Bağırovun məzarını ziyarət etməməsi ictimaiyyət arasında müzakirələrə səbəb olmuşdu. Q.Qurbanov ötən ilin iyulunda "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında məsələyə münasibət bildirərək Ağdama növbəti səfərdə Milli Qəhrəmanın məzarını ziyarət edəcəklərini bildirmişdi. (Teleqraf)