Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandadan qovdu
İdman
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sərt qərar verib.
News24.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Abbas Hüseynov, eləcə də əsas heyətin üzvü Elvin Cəfərquliyevi əvəzedici heyətə göndərib.
Buna səbəb hər iki futbolçunun nizam-intizam qaydalarını pozması səbəb olub.
Bu qərar Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra qəbul edilib.
Qeyd edək ki, Abbas Hüseynov həm də, Q. Qurbanovun qardaşı Musa Qurbanovun kürəkənidir. // Qafqazinfo