Qurban Qurbanov Elvinin əsas heyətə qayıtmasından danışdı

Qurban Qurbanov Elvinin əsas heyətə qayıtmasından danışdı İdman

"İlk dəqiqələrdən etibarən gərgin mübarizə getdi. Rəqib müdafiədə etibarlı çıxış edən komandadır. Bu görüş hər iki komanda üçün bir-birini daha yaxından tanımaq baxımından vacib idi".

News24.az xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının ll təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - ÇSKA oyunundan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib

Onun sözlərinə görə, rəqib fərqli oyun sistemlərində çıxış edə bilir: "Düşünürəm ki, cavab oyunu daha maraqlı keçəcək və həmin qarşılaşmaya ciddi şəkildə hazırlaşmaq lazım olacaq.

Hava şəraiti hər iki komanda üçün eyni idi. Əgər hava azarkeşlər üçün bir qədər sərin olsaydı, qarşılaşma daha baxımlı alına bilərdi".

Baş məşqçi Elvinin əsas heyətə qayıtması barəsində də fikirlərini bildirib: "Elvin əsas heyətdə yer almaq üçün çalışır və məşqlərdə də kifayət qədər fəallıq göstərir. Hələ əsas heyəti tam müəyyənləşdirməmişəm. Qarşıdakı oyunlarda da yaxşı performansını davam etdirsə, əsas heyətə qayıtmaq şansı yüksək olacaq".