Qurban Qurbanov: Futbolçularımı qalibiyyətə görə təbrik edirəm

Qurban Qurbanov: Futbolçularımı qalibiyyətə görə təbrik edirəm İdman

"Futbolçularımı qalibiyyətə görə təbrik edirəm". 

News24.az xəbər verir ki, bu sözləri "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Qarabağ" - "Ferentsvaroş" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunundan sonra olan mətbuat konfransında deyib.  

Onun sözlərinə görə, böyük məsuliyyətlə və çətin oyuna rəğmən mərhələ keçə bildilər. 

Cənab Prezident bizi qalibiyyət münasibətilə təbrik edir. Məndə onları təbrik edirəm ki, ölkə olaraq neçə vaxtdan sonra Çempionlar Liqasına düşə bildik. Prezidentimizin gözü hər zaman bizim üstümüzdədir. Mən onu və ailəsini ürəkdən təbrik edirəm. 

Həmçinin stadionda da başqa abu-hava var idi. Azərkeşlərimizdə qalibiyyət istəyirdi".