Qurban Qurbanovdan Kadi Borqesin qırmızı vərəqə almasına MÜNASİBƏT

Qurban Qurbanovdan Kadi Borqesin qırmızı vərəqə almasına  MÜNASİBƏT İdman

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt" üzərində qələbədən sonra fikirlərini bölüşüb.

News24.az "Teleqraf"a istinadən xəbər verir ki, mütəxəssis komandasının azlıqda qalmasına baxmayaraq, vacib üç xal qazandıqlarını bildirib. O həmçinin azarkeşlərə təşəkkürünü çatdırıb:

"Futbolçularımı təbrik edirəm. Azlıqda qalmağımıza baxmayaraq, vacib üç xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər". pizza sifarişi

Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması barədə də danışıb.

Baş məşqçi bildirib ki, "Tvente" ilə qarşılaşmada Kadiyə qırmızı vərəqə göstərilməsi üçün əsas olmayıb, lakin "Sumqayıt"la oyundakı epizodda futbolçunun cəzalandırılması düzgün qərar olub:

"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur".