Qurbanov Koxalskini ikinci heyətdə saxlamağından danışdı

Qurbanov Koxalskini ikinci heyətdə saxlamağından danışdı İdman

"Çox gərgin oyun keçdi. Dəqiqələr keçdikcə məğlub olmaq istəməyən rəqibi görürdük. Azarkeşlərimizə təşəkkür edirəm. Keçən dəfəkindən daha çox birlik hiss olunurdu. Rəqibə də uğurlar arzulayıram".

News24.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Dinamo Kiyev" oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, keçən oyundan fərqli olaraq, daha aktiv idilər:

"Səhnədə daha çox pressinq etməyi və topla oynamağı bacardıq.

Koxalskinin oyunu məni qane edir. Onun komandadan ayrılması ilə bağlı heç bir danışıq və fikir yoxdur. Bəzən futbolçular üçün istirahət etmək daha faydalı olur. Sadəcə digər qapıçımıza da oynamaq fürsəti yaratdıq.

Qələbə qazandıqda, təbii ki, daha çox razı qalırsan. Həm Bakıdakı, həm də səfərdəki oyunlarımız olduqca yaxşıdır, lakin mən hələ də oyunlarımızdan tam razı deyiləm".

Baş məşqçinin sözlərinə görə, Zlomiç olduqca təcrübəli qapıçıdır:

"Elvin daha çox çalışır, ümid edirik qaydasına düşəcək".