“Qızıl top”un 30 namizədi açıqlandı – əsas favoritlər kimlərdir?
İdman
Futbol dünyasının ən nüfuzlu fərdi mükafatı sayılan “Qızıl top”a namizədlər açıqlanıb. Bu il 30 futbolçu dünyanın ən yaxşısı olmaq uğrunda mübarizə aparacaq.
News24.az xəbər verir ki, siyahıda Lionel Messi, Kilian Mbappe, Lamine Yamal, Erlinq Holand, Harri Keyn, Vinisius Junior, Usman Dembele, Bruno Fernandeş, Rodri və digər ulduz futbolçular yer alıb.
Qalib oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə elan olunacaq. Mükafatın sahibini dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərin səsverməsi müəyyənləşdirəcək.
Ekspertlər və bukmeykerlər Rodri, Lamine Yamal, Harri Keyn, Mbappe, Dembele və Messini əsas favoritlər hesab edirlər.