Raxmonaliyev “Hapoel” qələbəsindən danışdı
İdman
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu mübarizədən kənarlaşdıran “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev komandanın çıxışını yüksək qiymətləndirib.
News24.az xəbər verir ki, özbəkistanlı futbolçu jurnalistlərə açıqlamasında komandanın əzmkarlığından məmnun olduğunu bildirib.
“Uşaqlarla fəxr edirəm. Azərbaycan futbolunun inkişaf etdiyini görürük. Azarkeşlərimizə də təşəkkür edirəm. Liqa mərhələsində rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuzu oynayacağıq və qarşılaşmalara hazırlaşacağıq”, – deyə Raxmonaliyev qeyd edib.
Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu pley-off mərhələsində “Hapoel”i iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edərək mübarizədən kənarlaşdırıb.