“Real Madrid” bu məşhur futbolçularla yollarını ayırır

“Real Madrid”  bu məşhur futbolçularla yollarını ayırır İdman

İspaniyanın “Real Madrid” klubu yay transferi dövründə heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.

News24.az xəbər verir ki, İspaniya mətbuatı klubda 10 futbolçunun gələcəyinin qeyri-müəyyən olaraq qaldığını bildirir. Ayrılması ehtimal edilən oyunçular arasında Andriy Lunin, David Alaba, Fran Qarsiya, Ferlan Mendi, Dani Sebalyos, Eduardo Kamavinqa, Federiko Valverde, Qonzalo və Vinisius Juniorun adları çəkilir.

Məlumata görə, Dani Karvaxal artıq komandadan ayrılacağını açıqlayıb.

Xəbərlərdə klubun yeni baş məşqçi qərarından sonra heyətlə bağlı yekun addımlar atacağı qeyd olunur. Joze Mourinyonun adı da yenidən “Real Madrid”lə hallandırılsa da, bununla bağlı rəsmi açıqlama verilməyib.

İddialara əsasən, Vinisius Juniorun gələcəyi klub rəhbərliyinin qarşısında duran ən vacib məsələlərdən biri hesab olunur.