Real Madrid-in komanda avtobusu - QƏZAYA UĞRADI - VİDEO

Real Madrid-in komanda avtobusu - QƏZAYA UĞRADI - VİDEO İdman

UEFA Çempionlar Liqasında "Real Madrid" "Liverpul"a 2:0 hesabı ilə uduzub.

News24.az xəbər verir ki, qarşılaşmadan sonra İspaniyaya gedən Real Madrid avtobusunun İngiltərənin Uorvik şəhərində qəzaya uğradığı görülüb.

Warwickshire Polisi verdiyi açıqlamada deyilib: "Real Madrid-in komanda avtobusu yük maşını ilə toqquşub. Xoşbəxtlikdən heç kim ciddi zədəli deyil. Real Madrid oyunçuları o vaxt avtobusda deyildi".

Real Madrid-in komanda avtobusunun qəzaya uğramasının görüntülərini təqdim edirik:

Günel Məlikzadə