"Real Madrid" "Liverpul"a 25 milyon avro ödəməyə hazırdır
İdman
"Real Madrid" rəhbərliyi qış transfer pəncərəsində "Liverpul"un sağ cinah müdafiəçisi Trent Alexander-Arnold'u transfer etmək istəyir.
News24.az xəbər verir ki, klub təcili transferi üçün mersisaydlılara 25 milyon avro təklif edir. Madridlilər "Liverpul" ilə müqaviləsi başa çatdıqdan sonra onu azad agent kimi transfer edə bilərlər, ancaq bunun üçün 2025-ci ilin yayına qədər gözləmək lazımdır. Təcili keçidə görə, "Real" Trent üçün 25 milyon avro ödəməyə hazırdır.
Bu mövsüm 26 yaşlı İngiltərə müdafiəçisi "qırmızılar"ın heyətində bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
Ağa Dasdaşzadə