"Real Madrid"in məşhur futbolçusu təqaüdə çıxır

"Real Madrid"in məşhur futbolçusu təqaüdə çıxır İdman

Ferland Mendinin ciddi zədədən sonra futbolu buraxmağı düşündüyü iddia olunur.

News24.az xəbər verir ki, "Real Madrid"in müdafiəçisi vətər yırtığı və sümük zədəsi səbəbindən uzun müddət meydanlardan uzaq qalacaq.

İddialara əsasən, futbolçunun ən azı bir il oynaya bilməyəcəyi gözlənilir və bu səbəbdən karyerasını başa vurmaq variantını nəzərdən keçirdiyi bildirilir.

Qeyd olunur ki, son günlər klub daxilində yaşanan gərginliklər də rəhbərliyi narahat edir.