"Real Madrid"in məşqində SÜRPRİZ QONAQ
İdman
Dünya şöhrətli UFC çempionu Həbib Nurməhəmmədov "Real Madrid"in məşq bazasına baş çəkib.
News24.az xəbər verir ki, futbol azarkeşi kimi tanınan sabiq döyüşçü Madrid təmsilçisinin ulduzları ilə bir araya gəlib.
Məşq bazasında keçirilən görüş zamanı Nurməhəmmədov futbolçulara "Əssalamu əleykum" deyə müraciət edib. Komandanın gənc ulduzları Arda Gülər və Brahim Diaz başda olmaqla digər oyunçular bu salamı eyni səmimiyyətlə, "Və əleykum əssalam" cavabı ilə qarşılayıblar.
MMA əfsanəsinin bu ziyarəti futbolçular arasında böyük maraq və xoş əhval-ruhiyyə yaradıb. Həbib həm Arda, həm də Brahim Diaz ilə qısa söhbət edərək onlara gələcək oyunlarda uğurlar arzulayıb. Xatırladaq ki, Həbib Nurməhəmmədov "Real Madrid"in sadiq azarkeşlərindən biridir və klubun ulduzları ilə tez-tez ünsiyyətdə olur.