"Real Madrid"in oyunu - təxirə salındı
İdman
Valensiya - Real Madrid matçı da daxil olmaqla 5 matç Valensiyada baş verən sel fəlakəti səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb.
News24.az xəbər verir ki, buna görə, Villarreal-Rayo Valyecano, Valensiya-Real Madrid, Kastellon-Ferrol, Eldense-Huesca və Levante-Malaqa matçları təxirə salınıb.
Bölgədə 3 günlük matəm elan edilib və noyabrın 2-si şənbə günü də daxil olmaqla idman yarışlarının keçirilməməsinə qərar verilib.
Məryəm İlhamqızı