"Real"ın əfsanəsi Arda barədə bunları dedi

"Real"ın əfsanəsi Arda barədə bunları dedi İdman

"Real Madrid"in əfsanələrindən olan keçmiş futbolçu Quti Arda Gülərdən danışıb.

News24.az Metbuat.az-a istinadən xəbər verir ki, Arda Gülərin daha çox oynamağa başladığını bildirən Quti, onun daha çox gündəmə gələcəyini deyib. Quti hazırkı komandanın öz dövründəkindən daha yaxşı olduğunu ifadə edib:

"Bu, Qalaktikosdan daha yaxşı heyətdir. Çox yaxşı oyunçular var və demək olar ki, hamısı gəncdir".

Quti Arda Gülər haqqında da yüksək fikirlər söyləyib:

"Ançelotti Arda Gülərə daha çox dəqiqə verir. O, çox maraqlı oyunçudur. O, əla final ötürmələri olan və qol vuran bir yarımmüdafiəçidir. Növbəti oyunlarda daha çox gündəmə gələcək".