Robbi Kin: Siz məşqçinin robot olmasını istəyirsiniz?

Robbi Kin: Siz məşqçinin robot olmasını istəyirsiniz? İdman

"Siz məşqçinin robot olmasını istəyirsiz?"

News24.az xəbər verir ki, bu sözləri "Ferentsvaroş" futbol komandasının baş məşqçisi Robbi Kin "Qarabağ" - "Ferentsvaroş" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunundan sonra olan mətbuat konfransında deyib.  

Onun sözlərinə görə, mən baş məşqçi olaraq emosional hərəkətlər etməliyəm: "Sizin baş məşqçiniz qollarını qeyd etmirdi? Penalti olanda belə mən artıq reaksiya vermədim. Davam etməklərini dedim. 

Biz iki oyundu məğlub oluruq. Lakin ən çoxda oyunçularım üçün kədərlənirəm ki, onlar uduzdu. 

Qarabağın Çempionlar Liqasında nə edəcəyi məni maraqlandırmır. Mən öz komandama fokuslanacam. Qarşıda bizi Avropa Liqası gözləyir. 

Bəlkədə bizim bəxtimiz gətirmədi".