Rodri “Barselona”ya keçdi
İdman
2024-cü ilin “Qızıl top” sahibi və İspaniya millisinin yarımmüdafiəçisi Rodri karyerasını “Barselona”da davam etdirəcək.
News24.az xəbər verir ki, bu barədə futbolçu Barselonaya çatdıqdan sonra bildirib.
“Barselonada oynamaq mənim arzumdur. Komanda yoldaşlarıma qoşulacağım anı gözləyirəm. Biz Çempionlar Liqasını və digər turnirləri qazanmağa gedirik”, - deyə Rodri bildirib.
Daha əvvəl Rodri ilə müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulduğu bildirilib. (APA)