Ronaldinyo meydançaya qayıdır?
İdman
Braziliya futbolunun əfsanəvi simalarından olan 46 yaşlı Ronaldinyo yenidən yaşıl meydanlara dönür. Məşhur futbolçu İtaliyanın Serie C təmsilçisi Ravenna FC ilə müqavilə imzalayıb.
News24.az xəbər verir ki, klubun səhmdarı və investorlarından biri olan Ronaldinyo yaxın həftələrdə təşkil olunacaq nümayiş və reklam xarakterli oyunlarda Ravenna FC-nin formasını geyinəcək.
Qeyd edək ki, dünya futbolunun ən parlaq ulduzlarından biri hesab olunan Ronaldinyo karyerası ərzində “Barselona”, “Milan” və Braziliya millisindəki çıxışları ilə böyük uğurlara imza atıb. Onun futbola qayıdışı azarkeşlər tərəfindən maraqla qarşılanıb.
Lakin verilən məlumata görə, Əfsanəvi braziliyalı keçmiş futbolçu Ronaldinyo meydaçana qayıtmayacaq.
Onun İtaliya üçüncü divizionu olan Seriya C-dən olan "Ravenna" komandası ilə mümkün əməkdaşlığı barədə şayiələr yayılsa da, tərəflər arasındakı münasibətlər yalnız marketinq xarakteri daşıyacaq.
Bu barədə rəsmi olaraq "Ravenna"nın vitse-prezidenti və futbol funksioneri Ariedo Braida məlumat verib: "Ronaldinyo "Ravenna"da oynamayacaq. Bu, sırf marketinq tərəfdaşlığıdır. Əminəm ki, hətta 46 yaşında belə meydanda parlaya bilər. Milanda keçirdiyimiz illərdən bəri əla münasibətlərimiz var. Amma o, oynamayacaq".
Beləliklə, Milan Ronaldinyonun İtaliyada oynadığı yeganə klub olaraq qalacaq.