Ronaldinyo meydançaya qayıdır?
İdman
Braziliya futbolunun əfsanəvi simalarından olan 46 yaşlı Ronaldinyo yenidən yaşıl meydanlara dönür. Məşhur futbolçu İtaliyanın Serie C təmsilçisi "Ravenna" FK ilə müqavilə imzalayıb.
News24.az xəbər verir ki, klubun səhmdarı və investorlarından biri olan Ronaldinyo yaxın həftələrdə təşkil olunacaq nümayiş və reklam xarakterli oyunlarda "Ravenna" FK-nın formasını geyinəcək.
Qeyd edək ki, dünya futbolunun ən parlaq ulduzlarından biri hesab olunan Ronaldinyo karyerası ərzində “Barselona”, “Milan” klubları və Braziliya millisindəki çıxışları ilə böyük uğurlara imza atıb. Onun futbola qayıdışı azarkeşlər tərəfindən maraqla qarşılanıb.