Ronaldo bu tarixdə - EVLƏNƏCƏK
İdman
Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqez həm dəbdəbəli həyatı, həm də açıqlamaları ilə diqqət çəkir.
News24.az xəbər verir ki, sevgilisi Corcina Rodriqez ilə evlilik planlarından danışan dünya şöhrətli futbolçu 9 ildir birlikdə olduğu Rodriqezlə nə vaxt evlənəcəyi ilə bağlı dəqiq tarix açıqlamasa da, mütləq reallaşacağını vurğulayıb.
Ronaldo mövzu ilə bağlı verdiyi açıqlamada, "Bir il, altı ay və ya bir ay içində ola bilər. Bunun olacağına 1000% əminəm" deyib.
Qeyd edək ki, Ronaldo və Rodrigezin 7 yaşlı Alana və 2 yaşlı Bella adlı iki qızı var. Cütlük bu günə kimi nişanlı olub-olmaması ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Lakin Ronaldonun sözləri cütlüyün toy planlarının tezliklə reallaşa biləcəyini ortaya qoyub.
Günel Məlikzadə