Ronaldo karyerasını bitirir - Tarixi açıqladı
İdman
Kristiano Ronaldo karyerasını mövsümün sonunda başa vuracağını açıqlayıb.
News24.az xəbər verir ki, 41 yaşlı portuqaliyalı futbolçu arxasında irs qoymaq və gələcəkdə ailəsi ilə daha çox vaxt keçirmək istəyir. Ronaldo bundan sonra padel oynamağı və daha çox səyahət etməyi planlaşdırır.
“Bu, çoxsaylı fədakarlıqlardan ibarət 25 il idi”, – deyə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin kapitanı "Vogue" jurnalına müsahibəsində bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Ronaldo 5 oyun keçirib və 3 qol vurub. Portuqaliya yığması mübarizəni 1/8 finalda dayandırıb və İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Bu mundial ulduz futbolçunun karyerasında sonuncu dünya çempionatı olub.