Ronaldo millidən ayrılma səbəbini açıqladı

Ronaldo millidən ayrılma səbəbini açıqladı İdman

Portuqaliyalı futbol agenti Paulo Barbosa Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurmasının səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, agentin sözlərinə görə, Ronaldo baş məşqçi Xorxe Jesusla ortaq dil tapa bilməyib.

Barbosa bildirib ki, təcrübəli futbolçu əvvəlki səviyyədə olmasa da, milli komandaya kömək edə və gənc oyunçular üçün nümunə ola bilərdi.

Qeyd edək ki, oktyabrda keçirilən beynəlxalq fasilə zamanı Ronaldo ilə baş məşqçi arasında mübahisə yaşandığı bildirilir. Hadisədən sonra futbolçu milli komandanın düşərgəsini tərk edib.