Ronaldo Portuqaliya millisindən gedə bilər

Ronaldo Portuqaliya millisindən gedə bilər İdman

“Əl-Nassr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo baş məşqçi Xorxe Xesusun rəhbərliyi altında milli komandada çıxış etməmək qərarına gəlib.

News24.az-ın məlumatına görə, 41 yaşlı futbolçu Millətlər Liqasının dördüncü turunda Norveç üzərində 2:1 hesablı qələbədən sonra Xorxe Jesus və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensanın açıqlamalarından narazı qalıb.

Bildirilir ki, Ronaldo hazırkı şərtlər dəyişməyəcəyi təqdirdə milli komandanın heyətində yer almayacaq.

Daha əvvəl Ronaldo ilə Jesus arasında Norveçlə Millətlər Liqasının ilk tur oyunundan kənarda qalması ilə bağlı fikir ayrılığı yarandığı barədə məlumatlar yayılmışdı. Tərəflər arasında aparılan danışıqlardan sonra mübahisə həll edilsə də, Danimarka ilə oyun öncəsi mətbuat konfransında Jesus Ronaldonun bu qarşılaşmada da iştirak etməyəcəyini açıqlamışdı.