Ronaldo rekorda imza atmasına belə reaksiya verdi
İdman
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Dünya Kubokunda Özbəkistanla matçda (5:0) iki qol vuraraq daha bir rekorda imza atıb. O, 6 fərqli mundialda qol vuran ilk futbolçu kimi futbol tarixinə düşüb.
News24.az xəbər verir ki, bununla belə, 41 yaşlı ulduz rekordlardan çox komandanın nəticəsinə fokuslandığını bildirib.
FIFA-nın yaydığı açıqlamaya görə, Ronaldo deyib: “Rekordlar xoşdur, amma mənim üçün ən vacibi komandanın gördüyü işdir. Biz yaxşı oynadıq və inkişaf etdik”.
Ronaldo həmçinin Dünya Kubokunda qol vuran ən yaşlı futbolçulardan biri kimi ikinci yerə yüksəlib. Onun mundiallardakı ümumi qollarının sayı 10-a çatıb və bu göstərici ilə Portuqaliya tarixinin ən yaxşı bombardiri olub.
Ulduz futbolçu Eysebionu da geridə qoyaraq ölkə futbol tarixində yeni səhifə açıb.