Ronaldo və Corcinanın gizli toyunun detalları üzə çıxdı
İdman
Məşhur futbolçu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodrigezin nəhayət evləndiyi məlum olduqdan sonra mərasimlə bağlı yeni detallar ortaya çıxıb.
News24.az xəbər verir ki, Ronaldonun anası oğlunun gizli toyunda iştirak etməyib. Avqustun 11-də keçirilən məclis olduqca kiçik olub. Mərasimdə yalnız dörd şahid və cütlüyün beş övladı iştirak edib.
Ronaldonun qardaşı Uqo, bacıları Elma və Katya, eləcə də digər qohumları toyda olmayıb. Mərasimdə cütlüyün övladları – Kriştiano Ronaldo Jr., əkizlər Eva Mariya və Mateo, Alana və Bella iştirak ediblər.
Məlumata görə, nikah şəhadətnaməsində mərasimdə dörd şahidin olduğu göstərilib. Onlar Corcinanın bacısı İvana, Ronaldonun dostu Migel Payşan, həmçinin ispaniyalı ər-arvad Xose Rodrigez Sanqil və Monika Qonsales Martinesdir.
Ulduz cütlük nişanlandıqlarını sosial şəbəkələrdə açıqladıqdan düz bir il sonra ailə həyatı qurub.
Bundan bir gün əvvəl, avqustun 10-da Ronaldo və Rodrigez Lissabonda notariusun iştirakı ilə nikah müqaviləsi imzalayıblar. Tərəflər nikahdan əvvəl sahib olduqları əmlakı ayrı saxlamaq qərarına gəliblər. (“The Sun”)