Ronaldo və Messi qarşı-qarşıya gəldi - Foto

Ronaldo və Messi qarşı-qarşıya gəldi - Foto İdman

Futbol dünyasının ən parlaq simaları Kriştiano Ronaldo və Lionel Messi yaşıl meydanlardan sonra indi də "LEGO" dünyasında qarşı-qarşıya gəliblər.

News24.az xəbər verir ki, məşhur oyuncaq brendi "LEGO" 2026-cı il Dünya Kuboku (World Cup 2026) öncəsi xüsusi və yaradıcı bir reklam kampaniyasına start verib.

Yeni "Editions" kolleksiyasının təqdimatı üçün hazırlanan reklam çarxında təkcə Messi və Ronaldo deyil, həmçinin gənc ulduzlar Kilian Mbappe və Vinisius Junior də yer alıb. "LEGO" fiqurlarına çevrilən ulduzlar bu dəfə qol vurmaq üçün deyil, Dünya Kubokunun maketini "LEGO" parçaları ilə tamamlamaq üçün sürətli bir yarışa qoşulublar.

Layihənin əsas məqsədi futbol azarkeşlərinə öz kumirlərini daha əyləncəli və qeyri-adi formada təqdim etməkdir. Artıq sosial şəbəkələrdə milyonlarla baxış toplayan bu reklam çarxı həm uşaqların, həm də böyük futbol həvəskarlarının böyük marağına səbəb olub.

Ronaldo və Messi qarşı-qarşıya gəldi - Foto