Ronaldonun 7 nömrəli forması əlindən alındı
İdman
“Qalatasaray”ın hücumçusu Rafael Leauya Portuqaliya millisində Kriştiano Ronaldonun geyindiyi 7 nömrəli forma verilib.
News24.az xəbər verir ki, bu, UEFA-nın rəsmi saytında Portuqaliya millisinin Millətlər Liqası üçün təqdim etdiyi heyət açıqlamasında yer alıb.
Ronaldo 2007/08 mövsümündən etibarən Portuqaliya millisində 7 nömrəli forma ilə çıxış edib.
Oktyabrın 1-də Ronaldonun Portuqaliya millisinin düşərgəsini icazəsiz tərk etdiyi üçün 6 ayadək diskvalifikasiya oluna biləcəyi bildirilib.
Qeyd olunub ki, Portuqaliya Futbol Federasiyasının intizam qaydalarında bu cür pozuntulara görə cəza nəzərdə tutulur.
Ronaldo cərimələnə və ya 1 aydan 6 ayadək milli komandadan uzaqlaşdırıla bilər.
Qeyd edək ki, 41 yaşlı hücumçunun milli komanda ilə bağlı iki dünya rekordu var. Bunlar 146 qolla milli komandalar tarixinin ən məhsuldar futbolçusu və 234 oyunla ən çox milli forma geyinən oyunçu olmasıdır.