Ronaldonun klubu finala yüksəldi
İdman
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” bütün oyunlarda qalib gələrək finala vəsiqə qazanıb.
News24.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu Asiya Çempionlar Liqası 2-nin finalında Yaponiyanın "Qamba Osaka" klubu ilə qarşılaşacaq.
Komandanın heyətində Ronaldo ilə yanaşı Joau Feliks, Sadio Mane və Kinqsli Koman da yer alır.
Yaponiya təmsilçisinin heyətində isə türkiyəli futbolçu Deniz Hümmət çıxış edir.