“Sabah” “Şamaxı” ilə heç-heçə etdi

“Sabah” “Şamaxı” ilə heç-heçə etdi İdman

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub.

News24.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə "İmişli" "Sumqayıt"ı qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Günün və turun son matçında isə "Şamaxı" "Sabah"la üz-üzə gəlib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən "Zəfər turu" elan edilib.