“Sabah” – “Barselona” matçına biletlər mərhələli şəkildə satılır - RƏSMİ

“Sabah” – “Barselona” matçına biletlər mərhələli şəkildə satılır - RƏSMİ İdman

“Sabah” – “Barselona” oyununa biletlər mərhələli şəkildə satılır.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hələlik “Sabah” – “Barselona” matçına 4002-yə yaxın bilet satılıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” oyunu 25 noyabr 2026-cı il tarixində saat 21:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.