“Sabah” - “Barselona” oyunun biletləri ilə bağlı müəmma: Hara "yoxa" çıxdı?

“Sabah” - “Barselona” oyunun biletləri ilə bağlı müəmma: Hara "yoxa" çıxdı? İdman

"Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində İspaniya nəhəngi “Barselona” ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldıqdan qısa müddət sonra satılıb. Biletlərin onlayn satışının bu qədər qısa müddətdə başa çatması bilet ala bilməyən azarkeşlərin narazılığına səbəb olub. Bəs biletlər bu qədər qısa zamanda necə satılıb?

Məsələ ilə bağlı News24.az-a danışan futbol şərhçisi Ceyhun Rzayev bildirib ki, biletlərin qısa müddətdə satılıb qurtarmasının əsas səbəbi qarşılaşmaya tələbatın yüksək olmasıdır:

Şərhçi qeyd edib ki, bu vəziyyəti sosial evlərin satışına bənzətmək olar. Belə ki, tələbatın təklifdən dəfələrlə çox olduğu hallarda satışa çıxarılan məhsul və ya xidmətlər qısa müddətdə tükənir.

“Əsas səbəb tələbatın çox olmasıdır. Sosial evlər kimi düşünün. Satışa çıxan kimi dərhal satılır. Burada ‘qara bazar’ın da təsiri var. Çünki afişa cəlbedicidir. ‘Barselona’ ilə oyundan yaxşı qazanc əldə edəcəklər. “Barselona” kimi dünya miqyasında böyük azarkeş kütləsinə malik klubun Bakıya gəlməsi oyuna marağı daha da artırır".