"Sabah" braziliyalı futbolçu transfer etdi

"Sabah" braziliyalı futbolçu transfer etdi İdman

"Sabah" heyətinə daha bir futbolçu qatıb.

News24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın "Jil Visente" klubundan 1 illik icarəyə götürülüb.

İcarə müqaviləsində "Sabah"ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.

O, karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020–2021), "Maritimu"nun B və əsas komandalarında (2021–2024), həmçinin "Felqeyraş"da (2024–2025) çıxış edib.