“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu oldu

“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu oldu İdman

Misli Premyer Liqasında 2025-2026 mövsümünün çempionu bəlli olub.

News24.az xəbər verir ki, "Sabah" mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

"Bayquşlar" "Neftçi"nin "Qarabağ"ı məğlub etməsiylə tarixində ilk çempionluğunu yaşayıb.

Belə ki, 29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib. (APA)