"Sabah" heyətini yeni futbolçu ilə gücləndirdi
İdman
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
News24.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı" klubunun formasını geyinib.
"Sportinq" klubunun yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında da forma geyinib.