"Sabah" klubu Azərbaycan Kubokunda 50-ci qol həddinə çatdı
İdman
"Sabah" Azərbaycan Kubokunda 50-ci qolunu vurub.
News24.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib.
"Qarabağ"la səfər görüşündə hesabı açan Umarali Raxmonaliyev Bakı klubunun yubiley qolunun müəllifi olub. Paytaxt təmsilçisi ölkə kubokunda keçirdiyi 27-ci matçında 2:2 hesablı heç-heçə ilə qollarının sayını 51-ə yüksəldib.
"Sabah"ın orta məhsuldarlığı 1,89-a bərabərdir. Paytaxt təmsilçisi evdə 19, səfərdə 29, neytral meydanda 3 dəfə fərqlənib. Bununla da ölkə kuboku tarixində 50 və ya daha çox qol vuran komandaların sayı 21-ə çatıb.
Kubokda 2017/2018 mövsümündə debüt edən "Sabah" ilk qolunu növbəti ildə vurub. "Sabah" 2018/2019 mövsümünün 1/8 finalında "Ağsu"ya 3:0 hesabı ilə qalib gəlib. Komandanın kubokdakı ilk qolunu 2018-ci il dekabrın 6-da keçirilən görüşün 6-cı dəqiqəsində Bəxtiyar Soltanov vurub.