"Sabah" klubu başsağlığı verdi

"Sabah" klubu başsağlığı verdi İdman

"Sabah" klubu Bakıda "Barselona" ilə qarşılaşmasını izləmək üçün Azərbaycana gələn rusiyalı azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, klubun bununla bağlı yaydığı açıqlamada mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verildiyi bildirilib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn, 1987-ci il təvəllüdlü Anton Petrişşev Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın ikinci hissəsində qəfil özünü pis hiss edib və dünyasını dəyişib. İlkin ehtimala görə, onun ölümünə ürək tutması səbəb olub.