“Sabah” “Orhus”a qarşı
İdman
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.
News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın komandası Danimarka səfərində “Orhus”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah”la “Orhus” arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.
5 avqust
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
20:30. “Orhus” (Danimarka) – “Sabah” (Azərbaycan)
Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)
Randers. “Cepheus Park”.