"Sabah" "Qarabağ"ı məğlub etdi
İdman
Misli Premyer Liqasında 28-ci turunda "Qarabağ"la "Sabah" qarşılaşıb.
News24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə "Sabah" 1:0 hesabı ilə qələbə qazanıb.
Oyunda yeganə qolun müəllifi 45-ci dəqiqədə Abdulla Xaybullaev olub.
Bununla da “Sabah” xallarını 69-a çatdırıb. “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.