"Sabah" "Qarabağ"ı məğlub etdi

"Sabah" "Qarabağ"ı məğlub etdi İdman

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.

News24.az xəbər verir ki, "Sabah" "Qarabağ"ı qəbul edib.

Görüşdə hesabı ağdamlılar açıb. Lakin "bayquşlar" iki qol vuraraq adını finala yazdırıb - 2:1.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

22 aprel

20:00. "Sabah" – "Qarabağ" 2:1

Qollar: V. Simiç, 78, P. Mbina, 87 - K. Duran, 59

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Bank Respublika Arena"

İlk oyun - 2:2 (APA)