“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – Video
İdman
Azərbaycan Kubokunun yarımfinalı çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Sabah” matçı öncəsi Masazır təmsilçisi rəqibinin atdığı addıma özünəməxsus şəkildə cavab verib.
News24.az xəbər verir ki, “Sabah” klubunun sosial şəbəkə hesabında paylaşılan görüntülərdə xanım azarkeşin övladı ilə birgə kassaya yaxınlaşaraq biletlərin qadınlar və uşaqlar üçün ödənişsiz olması ilə maraqlanması əks olunub.
Azarkeş biletlərin pulsuz olduğunu dəqiqləşdirdikdən sonra bu güzəştin “Sabah” tərəfdarlarına da şamil edilib-edilməyəcəyini soruşaraq maraqlı reaksiya verib.
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu olan “Qarabağ” – “Sabah” matçı bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.
Xatırladaq ki, “Qarabağ” klubu sözügedən mühüm qarşılaşmada bütün xanım azarkeşlər üçün stadiona girişi ödənişsiz edib. (Qafqazinfo)