"Sabah" səfərdə böyük hesabla qalib gəldi

"Sabah" səfərdə böyük hesabla qalib gəldi İdman

Misli Premyer Liqasının V turunda "Sabah" "Şəfa"ya qalib gəlib.

News24.az xəbər verir ki, Sumqayıtda baş tutan matçda son ölkə çempionu 3-0 hesablı qələbə qazanıb.

Qolları Patrik Mbina (25), Abdulax Xaybulaev (30) və Velko Simiç (69) vurublar.

"Sabah" 12 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" "İmişli"ni (3-2), "Kəpəz" "Qəbələ"ni (1-0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1-1), "Araz-Naxçıvan" - "Turan Tovuz" (2-2) və "Zirə" - "Qarabağ" (1-1) matçlarında qalib müəyyənləşməyib. (axar.az)