"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı

"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satıldı İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Bu barədə News24.az-a Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, sözügedən qarşılaşma üçün paket biletlərlə birlikdə 45 minə yaxın biletin satıldığını söyləyib.

"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək ümumilikdə 100 mindən çox bilet satılmışdı.

Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci matçını Bakı Olimpiya Stadionunda keçirəcək. "Bayquşlar" oktyabrın 13-də Çexiyanın "Slaviya" komandasını qəbul edəcək.