"Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi

"Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi İdman

"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

News24.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Bakı klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"na məğlub olacağı təqdirdə "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.