“Sabah”ın baş məşqçisi Lamin Yamaldan danışdı

“Sabah”ın baş məşqçisi Lamin Yamaldan danışdı İdman

“Lamin Yamalı görmək istəyən azarkeşlərə görə təəssüfləndim. Azərbaycanlı azarkeşlər onu görmək istəyirdilər. Dünyanın ən yaxşı oyunçularından birini Azərbaycanda görmək onlar üçün xoş olardı".

News24.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi "Barselona"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib. Dambrauskas qeyd edib ki, futbolçunun hər oyunda meydana çıxması çətin məsələdir. Amma buna rəğmən, “Barselona” buna nail olmağa çalışır : “"Barselona"nın kifayət qədər ulduz futbolçusu var. Biz əlimizdən gələni edəcəyik. Qarşımızda ən yaxşı oyunçulardan ibarət komanda var və onların hər biri ayrı-ayrılıqda ulduz futbolçulardır”.