“Sabah”ın futbolçusu “Mançester Yunayted”lə oyunda OLMAYACAQ

“Sabah”ın futbolçusu “Mançester Yunayted”lə oyunda OLMAYACAQ İdman

“Sabah”ın futbolçusu Xəyal Əliyev zədə səbəbindən sentyabrın 10-da keçiriləcək “Sabah” – “Mançester Yunayted” oyununda iştirak etməyəcək.

Bu barədə News24.az-a açıqlamasında klubun mətbuat katibi Elnur Həmidov bildirib.

Onun sözlərinə görə, hazırda komandanın zədəli futbolçusu yalnız Xəyal Əliyevdir: “O, fərdi məşqlərini davam etdirir və vəziyyəti yaxşıdır. Lakin futbolçunun müəyyən hazırlıq prosesindən keçməsi tələb olunur.

Bu səbəbdən Əliyevin sentyabrın 10-da keçiriləcək qarşılaşmada meydana çıxması gözlənilmir”.

Qeyd edək ki, “Sabah”-ın Çempionlar Liqasının Liqa mərhələsində ilk oyunu sentyabrın 10-da səfər “Mançester Yunayted” ilə keçiriləcək.