“Sabah”ın rəqibləri bu tarixdə bəlli olacaq

“Sabah”ın rəqibləri bu tarixdə bəlli olacaq İdman

UEFA Çempionlar Liqasının Liqa mərhələsində püşkatmanın keçiriləcəyi vaxt müəyyənləşib.

News24.az xəbər verir ki, “Sabah”ın da yer alacağı yarışın püşkatması avqustun 27-də Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək.

Qeyd edək ki, “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.