“Sabah”ın “Slaviya” ilə matçının hakimləri açıqlandı
İdman
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Sabah” – “Slaviya” matçının hakim təyinatları bəlli olub.
News24.az xəbər verir ki, görüşü avstriyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Sebastyan Qişamer olacaq. Ona yan xətdə Santino Şreyner və Roland Ridel kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək.
VAR hakimi Alan Kiyas, onun assistenti isə Jozef Spurni olacaq.
Azərbaycan və Çexiya komandaları arasındakı oyun oktyabrın 13-də Bakıda keçiriləcək.