Samir Abbasov "Sumqayıt"ı tərk edəcək?

Samir Abbasov "Sumqayıt"ı tərk edəcək? İdman

Yerli mediada Samir Abbasovun "Neftçi" ilə görüşdə məğlub olacağı təqdirdə "Sumqayıt" klubu ilə yolları ayıracağı barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev baş məşqçinin komandadan ayrılmayacağını bildirib:

"Samir Abbasovun klubdan ayrılma xəbəri tamamilə əsassızdır. Baş məşqçi ən azı müqaviləsi başa çatanadək "Sumqayıt" klubu ilə yola davam edəcək".

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" görüşü bu gün saat 19:30-da start götürəcək.